Sosial şəbəkədə biz:

Azərbaycan Ordusu cəbhə xəttində yüksəkliyi ələ keçirdi

Azərbaycan və Ermənistan qoşunlarının Gədəbəy rayonu ərazisindəki təmas xəttində döyüşlər gedir. Musavat.com-un əldə etdiyi məlumata görə, Ermənistan ordusunun hücumunu dəf edən Azərbaycan Ordusunun hissələri irəliləyiblər və təmas xəttindəki yüksəkliklərdən birini ələ keçiriblər. Düşmən tərəfdən ölən və yaralananlar var. Azərbaycan Ordusunun da bir şəhid verdiyi bildirilir. Amma bu məlumat rəsmən təsdiqlənməyib. Haqqin.az saytının məlumatına görə, Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttinin bu istiqamətində sərt döyüşlərin getdiyi barədə xəbərləri təsdiqləyiblər. Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol