Sosial şəbəkədə biz:

İslam Oyunlarında heç bir təxribat qeydə alınmayıb – RƏSMİ

27 May 2017, 10:12
Gündəm
“IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib”. Azinforum.az xəbər verir ki, bunu bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. O bildirib ki, bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib. DTX rəisi bildirib: "Dünyanın ağır bölgəsində yerləşirik, burada təzyiqlər var. Buna baxmayaraq, İslamiada zamanı təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi, xüsusi təhlükəsizlik tədbirləri görüldü və yarışlar da uğurla keçirildi”.