Sosial şəbəkədə biz:

Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib

27 May 2017, 11:26
Gündəm
Digər dövlətlərin penitensiar müəssisələrdə məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib. Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil: "Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar müəssisələrdə olur”.