PKK-nın rəhbərlərindən biri öldürülüb
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı PKK düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının yüksək vəzifəli şəxslərindən biri öldürülüb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ölən şəxsin “Şervan Varto” kod adlı Öndər Arslan olduğu açıqlanıb. Hava əməliyyatı nəticəsində daha üç PKK terrorçusunun yaralandığı bildirilir. PKK-nın hərbi qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr nəticəsində məhv edilib. Ö. Arslan PKK-ya 1993-cü ildə qoşulub.