Sosial şəbəkədə biz:

Bakının bu ərazilərində su olmayacaq

30 May 2017, 13:00
Gündəm
Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Virtualaz.org bildirir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. Yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.