Sosial şəbəkədə biz:

QHT rəhbərinin 170 min pulu yağmalandı - Polis hərəkətə keçdi

27 July 2015, 14:32
Gündəm
Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Mia.az report.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.
Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.