Sosial şəbəkədə biz:

Qarabağa köçən rus milyarder Cıdır düzündə moda sərgisi keçirəcək - FOTO

Qalmaqallı Rusiya milyarderi German Sterliqovun həyat yoldaşı Alina Sterliqova Şuşanın Cıdır düzündə moda sərgisi keçirəcək.
Modern.az saytı xəbər verir ki, sosial şəbəkələrdəki şəxsi səhifəsində Cıdır düzünün şəklini paylaşan Sterliqov sərginin avqusutn 29-da keçiriləcəyini deyib.
“Məhz burda avqusutn 29-da Alyona Sterliqovanın moda sərgisi keçiriləcək”,-deyə o, bildirib.
Sterliqov həmçinin, xanımının Şuşada açdığı moda evinin artıq paltar satmağa başladığını da xəbər verib.
2015-ci il iyulun 4-də Dağlıq Qarabağa köçən German Sterliqova qarşı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin iki maddəsi üzrə iş açıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol