Sosial şəbəkədə biz:

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq etdi

02 June 2017, 11:20
Gündəm
Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir. İstiPress-in məlumatına görə, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək. Məhdudiyyətlərə bir ay qalmış “WhatsApp” əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb. İyul ayına kimi “WhatsApp”dan məhrum olacaq modellər aşağıdakılardır: - BlackBerry 10 - BlackBerry OS - Nokia S60 - Nokia S40 - Android 2.0 - iOS 7.0 Xatırladaq ki, ilin əvvəlində - yanvar ayında “Android 2.0” və bəzi köhnə proqram sistemi olan “iPhone”larda da “WhatsApp”ın işi dayandırılmışdı.