Sosial şəbəkədə biz:

Generalın qardaşı yüksək vəzifə aldı

28 July 2015, 11:11
Gündəm
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Report-un xəbərinə görə, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib. F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyinat alıb. Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.