"Baku Clinik"də nə baş verir? - baş həkim niyə işə çıxmır...
Azinforum.az olaraq, sözügedən klinika ilə əlaqə saxladıq. 465-06-06 nömrəsinə cavab verən xanım əməkdaş Munisə xanımın hazırda iş başında olmadığını təsdiqlədi: "Baş həkim işdən çıxarılmayıb. Məzuniyyətdədi. Yaxın vaxtlarda işə çıxacaq".
Onu da vurğulamaq olar ki, Azərbaycan praktikasında bir çox mühüm dəyişikliklər məhz məzuniyyət adı ilə baş verir.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.
Yazıda adı çəkilən həkim Şahin Əskərov Azinforum.az-la əlaqə saxlayıb barəsində yazılanlarla razılaşmadığını bildirdi. Həkimin sözlərinə görə, Munisə xanımın istefası ilə onun adı arasında heç bir bağlılıq yoxdu: "Mən Azərbaycanın tanınmış estetik cərrahlarındanam. İşlədiyim yerlərdən də normal şəkildə ayrılmışam. Mənimlə bağlı narazılıq olsaydı, yəqin ki, klinikadan başqa adamı deyil, məni çıxarardılar. İşimdəyəm və bu klinikada mənə yaradılan şəraitdən tam razıyam. Bir azdan da əməliyyata girəcəm".
Qeyd edək ki, Azinforum.az-ın baş həkimin istefaya göndərilməsilə bağlı yaydığı məlumatı klinikanın direktoru Sona xanım da təsdiqləyib. O da, bu istefanın cərrah Şahin Əskərovla əlaqəsinin olmadığını bildirib.
Azinforum.az