Sosial şəbəkədə biz:

Sabah ölkədə 40 dərəcə isti olacaq - Proqnoz

Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 2-3 gün ərzində də müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol