Sosial şəbəkədə biz:

Şeyx onu bağışlayıb - İşdən çıxarılan din xadimi danışdı

07 June 2017, 19:04
Gündəm
Şeyxülislam Hacı Allahşükür Paşazadənin Ramazanla bağlı fətvanı pozduğu üçün cəzalandırdığı din xadimi danışıb. " Azinforum.az " xəbər verir ki,  Məmmədov Nurməhəmməd Unikal.org-a açıqlamasında bildirib ki, işinə yenidən bərpa olunub. O, haqqında şeyxə yalan məlumat verildiyini və ehtimal əsasında bu addımın onun həmkarları tərəfindən  bilərəkdən atıldığını, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib: "Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hansısa sözə ehtiyac yoxdur”.