Sosial şəbəkədə biz:

Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir

07 June 2017, 22:27
Gündəm
Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir. APA-nın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Qanunun 38-ci  (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən “təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.