Sosial şəbəkədə biz:

Gəncədə kütləvi dava: Polis döyüldü

08 June 2017, 10:38
Gündəm
Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb. Report-un xəbərinə görə, gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub. Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.