Sosial şəbəkədə biz:

17 yaşlı qızı rüsvay etməklə hədələdi - 50 manat pul aldı

08 June 2017, 12:05
Gündəm
17 yaşlı qızı hədələyən Biləsuvar rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Masazır qəsəbə sakini olan 17 yaşlı bir qızdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 50 manat pul almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub.