Sosial şəbəkədə biz:

Generalın qardaşı oğlu rəis gətirilir - Təyinat

Bakının Nizami RPİ Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı məlumat yayılıb. Axar.az-a verilən qeyri-rəsmi məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Malik Ələkbərov bu posta təsdiqlənəcək. Qeyd edək ki, Nizami RPİ DYP şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat alıb. Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsindən Axar.az-a bildirilib ki, Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat aldıqdan sonra onun yeri vokantdır: "Hazırda daxili əmrlə Malik Ələkbərov NRPİ-nin DYP şöbəsinin rəisi vəzifəsini əvəz edir”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol