Sosial şəbəkədə biz:

«Azərcell» insanları aldadır

Eyyub Hüseynov: “Minlərlə insanı sms xəstəliyinə tutdurub pul qazanırlar Azinforum.az məlumat verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Fins.az-a müsahibəsində “Azərcell” istifadəçilərinin aldadıldıgını bildirib. “Mobil operatorlarla bağlı da şikayətlər olur. Məsələn, 2 nəfər “Azərcell”in pulsuz payladığı nömrələrdən şikayət etmişdi. Şirkətin nümayəndəsi aptekdə mobil nömrələri pulsuz paylamışdı. Bir müddət keçəndən sonra vətəndaşların istifadə etmədiyi işləməyən nömrələrə borc yazıldığı haqqında məlumat daxil olmuşdu. Sabirabad rayonundan Sənubər Həsənova 8228-ə sms göndərməklə 450 manat pul xərclədiyini bildirmişdi. Mobil operatora müraciət etdikdən sonra ona yalnız Bakıdan məişət malı alarkən cəmi 10 manat endirim edilib. Ümumiyyətlə, minlərlə insanı sms xəstəliyinə tutdurub pul qazanırlar”-deyə fikirlərini bölüşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol