Sosial şəbəkədə biz:

Ərdoğan Çindən Dəmirtaşa sərt mesaj göndərdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Dəmirtaşın çıxışına münasibət bildirib. Türkiyə prezidenti HDP sədrinin “Suruc qətliamını “Saray”dakı xüsusi təyinatlı qrup etdi” ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdırr: “O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil”. Ərdoğan vurğulayıb ki, Dəmirtaş 6-7-8 oktyabr qətliamının əsas günahkarıdır: “Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağda olan biridir. Özü də fürsət düşən kimi yəqin ki, ora gedər. Zatən zaman-zaman təlimatları ordan alırlar”. Türkiyə prezidenti HDP sədrini həddini bilməyə çağırıb: “Ağzından çıxanı qulağının eşitsin. Həddini bilsin”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol