Sosial şəbəkədə biz:

Azərbaycanda 200-dən artıq sahibkara “Partnyor vergi ödəyicisi” statusu verilib

16 June 2017, 11:30
Gündəm
İndiyə qədər Azərbaycanda 200-dən artıq sahibkara “Partnyor vergi ödəyicisi” statusu verilib. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib. Bununla belə, onun sözlərinə görə, ara-sıra partnyorluq şərtlərinə cavab verməyən, bu şərtləri pozan vergi ödəyiciləri sözügedən statustan məhrum edilib: “Artıq 10-15 vergi ödəyicisinə qarşı belə bir addım atılıb”.