Sosial şəbəkədə biz:

Almaniyanın sabiq kansleri vəfat edib

16 June 2017, 20:25
Gündəm
Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “Bild” xəbər verib. Məlumata görə, sabiq kansler öz evində Lüdviqshafen şəhərində vəfat edib. H.Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində ardıcıl dörd müddət kansler vəzifəsində çalışan ilk siyasətçi olub. H.Kol Almaniyanın birləşməsində və “soyuq muharibənin” başa çatmasında mühüm rol oynayıb.