Sosial şəbəkədə biz:

Avtomobilin dövlət seriyasında "Oğru Quli"nin adı yazıldı - FOTO

17 June 2017, 01:52
Gündəm
 Sosial şəbəkələrdə hazırda Azərbaycan həbsxanalarından birində saxlanılan  Quli ləqəbli  "qanuni oğru" Nadir Səlifovun  daşıdığı ləqəbə uyğun avtomobil seriyasının olmasına dair fotolar yayılıb. Həmin fotodan görünür ki,  Gürcüstana aid olan maşın seriyasında Qulu sözü yazılıb və maşının ətrafında duranların kriminal aləmin adamları olduğu vurğulanır. Azinforum.az-ın əldə etdiyi məlumata görə, avtomobilin  önündə duran (soldan birinci-red)  Hacı ləqbəli Həsrət adlı şəxs hazırda Azərbaycanda  axtarışdadır. Çinarə SEYİDOVA Azinforum.az