Sosial şəbəkədə biz:

MAHALIM DƏRƏLƏYƏZ - VƏLİ QOVUŞUQLUNUN ŞEİRİ

19 June 2017, 23:30
Gündəm
Qeyrətli oğullar, ismətli qızlar Yetişib qoynunda, ay Dərələyəz Yamyaşıl yamacda xınalı kəklik Səyriyib qaqıldar, hey  Dərələyəz                        ***** İnsanları təmiz, Arpacay sərin Şaqqıldayıb axır, hey Dərələyəz O “Qilbə” bulağı yada düşəndə Hərlənir başıma dağ, Dərələyəz                        ***** Dərən də gözəldir, təpən də gözəl Şır-şır bulaqlısan, ay Dərələyəz Lacın qayalardakı qartal səsini Eşidə bilmirəm, mən  Dərələyəz                        ***** Meşən də gözəldir, dağın da gözəl Yığılar üstünə, el Dərələyəz Qırxbulaq yaylağı, Çınqıllı yurdu Oludur çoxuna, pay Dərələyəz                        ***** Səlimölən, Bətdərə, bir də Soğanlı Məşhurdu hər yerdə, ay Dərələyəz Qoynunda yerləşib  yaxşı-yaman da Hamıya demisən, can Dərələyəz                       ***** Laləli, nərgizli, güllü çiçəkli Deyilir hər yerdə, ay Dərələyəz Düzülüb yan-yana sərin bulaqlar İçən cana gəlir, ay Dərələyəz                       ***** Vəli də hüsnünə şeirlər yazdı Yaxşıdan- yamandan, ay Dərələyəz Hüsünkar sinəndə yuxuya dallam Körpə balan kimi, mən Dərələyəz. Vəli QOVUŞUQLU (Əliyev Vəli Sarı oğlu. Tel: 051-798-90-28)