Sosial şəbəkədə biz:

Azər Nağıyev Naxçıvan Muxtar Respublikasının Vergilər naziri təyin edilib - SƏRƏNCAM

22 June 2017, 21:37
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 22 iyun tarixli sərəncamı ilə Azər İslam oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının Vergilər naziri təyin edilib. Naxcivantv.az-ın məlumatına görə, Ali Məclis Sədrinin həmin tarixli digər sərəncamı ilə Əli Muxtər  oğlu Mahmudov Naxçıvan Muxtar Respublikasının Vergilər naziri vəzifəsindən azad olunub. Xatırladaq ki, Azər Nağıyev indiyədək Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.