Sosial şəbəkədə biz:

SOCAR: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycana ciddi zərər vurmayıb

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycan tərəfinə ciddi zərər vurmayıb. Azinforum.az  "Azərtaca"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru və mühafizəsi işini Türkiyənin “Botaş” şirkəti həyata keçirir. SOCAR-ın “Botaş” ilə daimi əlaqədə olduğu, hazırda boru kəmərində təmir işlərinə başlanıldığı və partlayışın səbəblərinin araşdırıldığı qeyd edilib. Bildirilib ki, qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən əvvəl Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyəyə qədər olan hissəsinə təbii qazın verilişi dayandırılıb. Buna görə də partlayış nəticəsində Azərbaycan tərəfinə ciddi ziyan dəyməyib. Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində partlayış baş verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol