Sosial şəbəkədə biz:

Birinci-vitse prezidentin köməkçisi təyin olunan Elçin Əmirbəyov kimdir?

24 June 2017, 15:38
Gündəm
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olunub. "Qaynarinfo" xəbər verir ki, E.Əmirbəyov dünən prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, E.Əmirbəyov 2010-cu ildən 2017-ci ilə qədər Azərbaycanın Fransadakı səfiri kimi fəaliyyət göstərib. E. Əmirbəyov barəsində internet resurslarında yayılan məlumatlarda bildirilir ki, o, Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb. Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.