Sosial şəbəkədə biz:

Rusiyalı iştirakçını “Eurovision”a buraxmadığı üçün Ukrayna cərimə olundu

29 June 2017, 21:26
Gündəm
Avropa Yayım Birliyi (EBU) Ukrayna ictimai teleradioyayım şirkətini rusiyalı iştirakçı Yuliya Samoylovanın “Eurovision” yarışında iştirakına qadağa qoyduğu üçün böyük məbləğdə cərimə edib. Virtualaz.org “France Presse” agentliyinə istinadən xəbər verir ki, EBU nümayəndəsi bununla bağlı Ukrayna ictimai televiziyasının müvafiq bildirişi aldığını deyib. Cərimənin məbləği dəqiqləşdirilmir.