Sosial şəbəkədə biz:

Əməliyyat zamanı futbola baxdı - Araşdırma başladı + Video

30 June 2017, 09:02
Gündəm
Çilidə xəstəxanalardan birində həkimlər cərrahiyyə əməliyyat zamanı Çili - Portuqaliya oyununa baxıblar. “ Azinforum.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq insidentlə bağlı araşdırma başlanılıb. Xəstəxana rəhbərliyi baş verənləri xoşagəlməz hal kimi qiymətləndirərək müvafiq ölçü götürüləcəyini bildirib. Bundan əvvəl sosial mediada həkimlərin əməliyyat zamanı futbola baxdıqlarını əks etdirən kadrlar yayılıb. Qeyd edək ki, Konfederasiya Kubokunun yarımfinal oyununda Çili penaltilərdə Portuqaliyaya qalib gələrək finala çıxıb.