Sosial şəbəkədə biz:

"Ərim Rusiyaya gələ bilməsə, Qarabağa qayıdacağıq"

Rusiyanın tanınmış fermeri German Sterliqovun həyat yoldaşı Alyona oğulları ilə brigə Dağlıq Qarabağdan Rusiyaya qayıdıb, lakin o bildirib ki, ailə “iki ölkədə təsərrüfatla məşğul olmaq” niyyətindədir. Oxu.az xəbər verir ki, bu barədə Alyona Sterliqova “Komsomolskaya pravda”ya eksklüziv müsahibəsində deyib. “Biz gözlənilmədən getdik, çünki German öz ailəsi üçün təhlükə hiss etdi. Lakin o elə o zaman bildirdi ki, biz qayıdacağıq, çünki biz yalnız Rusiyada yaşamaq istəyirik. Yalnız bu ölkədə tolerant olmamaq olar və qaraya qara, ağa ağ demək olar. Lakin əgər German Rusiyaya gələ bilməsə, biz uşaqlarla onun yanına getməli olacağıq. Bu aydın məsələdir”, - Sterliqova deyib. Qeyd edək ki, vəkili avqustun3-də G. Sterliqovun Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verildiyini və bu səbəbdən həbs olunacağından qorxaraq Rusiyaya qatıtmağa risk etmədiyini bildirib. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol