Sosial şəbəkədə biz:

"Döymək, söymək problemin həlli demək deyil" - Deputatdan nazirlik rəsmisinə cavab

"İnşaatçılar metrostansiyasının yaxınlığındakı çıxışda hər gün mən o eybəcər vəziyyəti görürəm. Taksilər qeyri-qanuni olaraq avtobus dayanacağını zəbt edirlər. Gəlirsən, onları döyürsən də, söyürsən də, xeyri yoxdur". Xəbər verildiyi kimi, bunu Xəzər-TV-də yayımlanan verlişdə çıxış edən Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. Mia.az xəbər verir ki, moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa isə Namiq Həsənovun sözlərini məqbul saymayıb: "Bu yaranan problemi qanuni yolla həll etmək lazımdır. Taksi əgər avtobus yolunda dayanırsa, o cərimələnməlidir. Döymək, söymək problemin həlli demək deyil. Taksi sürücüsü də vətəndaşdır, o da evinə çörək aparmalıdır. Onlar üçün xüsusi yerlər olmalıdır və vətəndaşların taksiyə ehtiyacı olanda, ora müraciət etməlidir. Bu xarici praktikada da mövcuddur. Necə ki, taksilər avtobusun yolunda dayanmamalıdır, eləcə də avtobuslar da qanuna əməl etməlidir. Avtobuslar da gedib, qatar yolunda dayanıb sərnişin götürməməlidirlər". 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol