Sosial şəbəkədə biz:

Ərdoğan islahatlara başlayır - 5 nazir işdən çıxarılacaq

01 July 2017, 16:06
Gündəm
Türkiyədə ciddi kadr dəyişiklikləri həyata keçiriləcək. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ediləcək. Məlumata görə, kadr islahatlarına gələn həftə start veriləcək. Azı 5 nazir və bir neçə müşavir işdən çıxarılacaq. Bundan əlavə baş nazirin müavinlərinin də dəyişdiriləcəyi bildirilir. Dəyişiklikləri hakim partiyadakı (AKP) mənbələr də təsdiqləyib.