Sosial şəbəkədə biz:

Azərbaycanda iki polis faciəvi şəkildə öldü

02 July 2017, 18:00
Gündəm

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Suda boğulan polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu və Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur. Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.