Sosial şəbəkədə biz:

Azercell İslam Oyunlarında  jurnalistlərə  HƏDİYYƏ etdiyi internet paketinin pulunu geri istəyir - Biabırçılıq

04 July 2017, 13:29
Gündəm
Jurnalist Səlim Balayev Azinforum.az-a   bildirib  ki, Azercell mobil şirkəti  media işçilərinə verdiyi hədiyyənin pulunu ödəməyi tələb edir: "Tam ciddiyəm. Mayın 4-də MiFi cihazı 2 aylıq verilmişdi,  24 manatlıq limitsiz unternetlə. Bu gün 2 ay tamam olduğu üçün, getdim bağlatdırmağa. Dedilər ki, saat 10-30-da sistem yenilənib . Odur ki,  mənə avqustun 4-dək 1 aylıq borc hesablanıb, zəhmət çəkib ödəməliyəm. Əvvəl mən  bunun  zarafat olduğunu zənn etdim və baş ofisə zəng etdim . Dedilər ki, ödəməlisən!" Azinforum.az