Sosial şəbəkədə biz:

"Yeni Həyat" şirkəti bağlandı

05 August 2015, 19:50
Gündəm
Azərbaycanda 14 il fəaliyyət göstərən "Yeni Həyat" MMC ləğv olunub. Vergilər Nazirliyinin verdiyi xəbərə görə, şirkət bağlanmasını rəsmən bəyan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər. Xatırladaq ki, "Yeni Həyat" MMC 2002-ci ildə yaradılıb.