Nikahsız doğulan uşaqların sayı açıqlanıb
2016-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 26 288 uşaq dünyaya gətirilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu uşaqların 95920-si şəhər yerlərində, 16696-i isə kənd yerlərində dünyaya gəlib.
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar diri doğulanların ümumi sayına nisbətən 16,5 faiz təşkil edib. 2015-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 24038 uşaq dünyaya gətirilib.
2016-ci ildə 18 yaşınadək analar tərəfindən 2 809 uşaq doğulub. Bu uşaqların 934-ü şəhər yerlərində, 1 875-i isə kənd yerlərində dünyaya gəlib.