Sosial şəbəkədə biz:

Hollandiya Toğrul Türkeşi “arzuolunmaz şəxs” elan etdi

07 July 2017, 14:22
Gündəm
Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Bu haqda “Reuters” məlumat yayıb. Toğrul Türkeşin iylun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı. Hollandiya hökumət bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirak arzuolunmazdır.