Sosial şəbəkədə biz:

FİFA-dan Meksika millisinin baş məşqçisinə 6 oyunluq cəza

08 July 2017, 13:47
Gündəm
FİFA Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorionu cəzalandırıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi ona baha başa gəlib. Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək. Xatırladaq ki, Portuqaliya - Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub. 1237 dəfə baxılıb