Sosial şəbəkədə biz:

Lalə Şövkət deputat olmaqdan imtina etdi

"Azərbaycan Liberal Partiyanın (ALP) noyabrda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı müzakirələr gedir”. Bunu AzVision.az-a açıqlamasında partiya sədri Əvəz Temirxan bildirib. O deyib ki, seçkiyə qatılmaqla bağlı məsələdə partiya daxilində ikitirəlik yaranıb: "Hazırda seçkiyə qatılıb-qatılmamaqla bağlı məsələ partiyada müzakirə olunur. Bəziləri seçkiyə qatılmağın tərəfdarı olsa da, bir qismi isə qatılmamağı məqbul sayırlar. Ancaq, hazırda müzakirələrimiz davam edir. Qeyd edim ki, seçkiyə qatılmaqda qərarlı deyilik. Yekun qərarımız seçkilər elan olunduqdan sonra veriləcək”. Partiya lideri Lalə Şövkətin seçkidə iştirakı məsələsinə gəlincə isə Ə. Temirxan vurğulayıb ki, onun seçkidə iştirakını gözləmir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol