Sosial şəbəkədə biz:

Röyadan Natavana barışıq addımı - “Sevinirəm”

09 July 2017, 11:26
Gündəm
Əməkdar artist Röya Ayxan ailə qurmağa hazırlaşan həmkarı Natavan Həbibini təbrik edib. Azinforum.az axşam.az-a istinadən xəbər verir ki, “Xəzər Maqazin”ə danışan müğənni küsülü olduğu həmkarına barışıq addımı atıb. Röya Natavana xoşbəxtlik arzulayıb: “Onunla münasibətim yoxdur, amma çox sevinirəm ki, xoşbəxt olacaq”. Qeyd edək ki, Natavan reper Dado (Səid) Əliyevlə nişanlıdır. Cütlük bu ayın 17-də ailə quracaq.