Sosial şəbəkədə biz:

Prezident diplomatları təbrik etdi

09 July 2017, 21:32
Gündəm

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev diplomatik xidmət orqanlarının əməkdaşlarını 9 iyul peşə bayramı günü münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, bu barədə prezidentin sosial şəbəkədəki hesabında məlumat yerləşdirilib. "Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur".