Arif Alışanov baş redaktoru işdən çıxartdı - AzTV-də daha bir kadr dəyişikliyi
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb. QSC-dəki etibarlı mənbələrdəndaxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb. Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir. Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib. //aznews