Sosial şəbəkədə biz:

Prezidentin Türkiyəyə səfəri başa çatıb - FOTO

10 July 2017, 21:48
Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri iyulun 10-da başa çatıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb. Azərbaycan Prezidentini Türkiyənin rəsmi şəxsləri yola salıblar.