Sosial şəbəkədə biz:

Jurnalist Qurbanova içki hədiyyə etdi

10 July 2017, 22:56
Gündəm
Sabah “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək. Bu gün “Azərsun Arena”da təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Tədbirdə Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu Azərbaycan dilində salamlayaraq gətirdiyi hədiyyələri ona təqdim edib. O, məşqçiyə qələm, gürcü çaxırı və qədəh verib. Qurbanov hədiyyəyə görə təşəkkür edərək və içki içmədiyini jurnalistin diqqətinə çatdırıb.