Sosial şəbəkədə biz:

Dünən Qarabağda məhv edilən erməni əsgərin fotoları yayıldı

11 July 2017, 16:42
Gündəm
Xəbər verdiyimiz kimi, ötən gün təmas xəttində təxribat törətməyə çalışan erməni hərbi qulluqçu Azərbaycan Ordusunun cavab zərbəsi ilə məhv edilib. Azvision.az xəbər verir ki, ötən gün 17:40 radələrində döyüş postunda məhv edilən 1997-ci il təvəllüdlü Vazgen Jirayr Poqosyan xidmətə 2016-cı ilin yanvarın 21-də çağırılıb. O, Vayots Dzorun Horbadeğ kəndində anadan olub. Poqosyanın ölümündən bir gün sonra, yəni bu gün 20 yaşı tamam olub.