Sosial şəbəkədə biz:

Prezidentin ehtiyata buraxdığı general belə yola salındı - FOTO

13 July 2017, 11:23
Gündəm
İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib. “Qafqazinfo”nun DSX-ya istinadən verdiyi xəbərə görə, mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə görə Ali Baş Komandana minnətdarlıq edib.