Sosial şəbəkədə biz:

Salyandakı qəzada ölənlərin sayı 4-ə çatdı - Yenilənib

13 July 2017, 11:33
Gündəm
Salyan rayonunda ağır yol qəzası baş verib. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunda qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləri və qohumdurlar. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub.  Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır. Qəzanın səbəbləri müəyyənləşdirilir. *** Salyanda baş verən ağır yol qəzasında  ölənlərdən ikisinin kimliyi məlum olub “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur. Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir. *** Fövqəladə Hallar Nazirliyi də qəza ilə bağlı məlumat yayıb. Bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. *** Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb. Bu barədə APA məlumat yayıb.