Sosial şəbəkədə biz:

Bakıda yaşayış binasında liftin qaldırıcı qurğusu qırıldı – 1 nəfər yaralandı

13 July 2017, 20:38
Gündəm
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb. Azinforum.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb: "Qəza zamanı xəsarət almış şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib". Məlumata görə, zərərçəkmiş şəxsin kimliyi hazırda dəqiqləşdirilir.