Sosial şəbəkədə biz:

Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO

13 July 2017, 23:02
Gündəm

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb. Hadisəyə səbəbin yüksək sürət olması bildirilir. Qəzaya düşən şəxslərin abituriyentlər olduğu və hazırlıq kursundan qayıtdıqları qeyd olunur. (ARB TV)