Sosial şəbəkədə biz:

Bakıda alimi maşın vuraraq öldürdü - Foto

Dünən günorta saatlarında Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 6-da saat 16 radələrində H.Cavid prospektində qeydə alııb. Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır. *** Qeyd edək ki, 1947-ci il təvəllüdlü Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı  Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. O, 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. “Yarımkeçiricilər fizikası” üzrə dosent elmi adına layiq görülüb. Faktı institutun direktor müavini Cavad Abdinov da "Qafqazinfo"ya açıqlamasında təstiqləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol