Sosial şəbəkədə biz:

Bələdiyyə sədri özünü asdı

14 July 2017, 10:55
Gündəm
Şəkidə bələdiyyə sədri özünü asıb. APA-nın xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.