Sosial şəbəkədə biz:

İran-Azərbaycan sərhəddində silahlı insident...

İran-Azərbaycan sərhəddini qanunsuz keçmək istəyən bir qrup şəxslə Dövlət Sərhəd Xidmətinin əməkdaşları arasında silahlı qarşıdurma baş verib. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bir qrup şəxs İran ərazisindən Azərbaycanın dövlət sərhədini Cəlilabad rayonu ərazisində qanunsuz keçməyə cəhd göstərib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində həmin şəxslərin qanunsuz keçidinin qarşısı alınıb və onlar silahlı müqavimət göstərərək geri çəkiliblər. Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol